Samir Namazov vəzifəsindən azad edildi

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının rəhbəri tutduğu postdan uzaqlaşdırılıb.

Referans Media  unikal.az-a istinadən xəbər verir ki, tibb müəssisəsinin direktoru Samir Namazov TƏBİB rəhbərliyinin imzaladığı müvafiq əmr əsasında vəzifəsindən azad olunub.

Xatırladaq ki, S.Namazov sözügedən vəzifəyə 2025-ci ildə təyinat almışdı.

O, direktor kimi fəaliyyətə başlamazdan əvvəl həmin xəstəxananın Cərrahiyyə Şöbəsinin müdiri olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki