29 oktyabr 2025-ci il tarixində Sədərək Rayon İcra Hakimiyyətində “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin iclası keçirilib.
Tədbirdə Birliyin həmtəsisçisi Üzeyir Məmmədov, sədri Mayis Gülməmmədov, idarə heyətinin üzvləri və Sədərək rayonundan olan şəhid ailələrinin nümayəndələri iştirak ediblər.
İclasdan öncə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda qeyd olunub ki, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi fəaliyyətini bütün rayonlarda genişləndirərək şəhid ailələrinin sosial rifahına, mənəvi dəstəyinə və vətənpərvərlik dəyərlərinin təbliğinə xidmət edir. Bu məqsədlə Sədərək rayonunda nümayəndəliyin yaradılması qərara alınıb. Yeni nümayəndəlik şəhid ailələri ilə əlaqələrin gücləndirilməsinə və onların müraciətlərinin yerində araşdırılmasına şərait yaradacaq.
İclasın yekununda Sədərək rayon nümayəndəliyinin rəhbəri vəzifəsinə Rzayev Hümbət Məmməd oğlu seçilib və eyni zamanda Birliyin idarə heyətinin üzvü kimi təsdiqlənib. Zamanov Firdovsi İmran oğlu isə idarə heyətinə yeni üzv qəbul edilib.
Sonda iştirakçılar Sədərək Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərimizin ruhuna dua oxuyublar.
