image-sehriyarbackend

Şəhriyardan Xameneiyə məsləhətlər… – VİDEO

Son günlər İranda iqtisadi böhran, eləcə də milli valyutanın dəyərinin kəskin enməsi fonunda ölkənin əksər şəhərlərdə etiraz aksiyaları baş qaldırıb. Narazılıqlar əsasən molla rejiminin sərt idarəetməsi, dini-siyasi hakimiyyətin cəmiyyətdə artan sosial-iqtisadi problemlərə adekvat cavab verə bilməməsi ilə əlaqələndirilir.

Yüzlərlə insanın həyatını itirdiyi aksiyalarda etirazçılar uzun illərdir ölkəni idarə edən molla rejiminin islahatlara getmədiyini və azadlıqları məhdudlaşdırdığını bildirirlər.

Referans Media  qafqazinfo-ya istinadla bu məqamda dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın İranın ali lideri Seyid Əli Xameneiyə illər öncə elə yanındaca məsləhət xarakterli dediyi şeri təqdim edir:

Bir gün ağız qalır boş, bir gün dolu dad olur,

Gün var ki, heç zad olmaz, gün var ki, hər zad olur.

Bəxtin dursa, görərsən yadlar qohum-qardaşdır,

Amma bəxtin yatanda qohum-qardaş yad olur.

Çalış adın gələndə, rəhmət oxunsun sənə,

Dünyada səndən qalan axırda bir ad olur.

Gördün işin əyildi durma əkil, gözdən it,

Dostun görər darıxar, düşmən görər şad olur…

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki