image-xamenei-900x516-1backend

SEPAH-dan Xameneinin ölümü ilə bağlı bəyanat

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın ali rəhbəri Ali Khameneinin ölümü ilə bağlı rəsmi bəyanat yayıb.

Referans Media xəbər verir ki, bəyanatda deyilir: “Biz böyük liderimizi itirdik və onun yasını tuturuq. O, öz dövründə ruhunun paklığı, imanının gücü, işlərində müdrikliyi və Allah yolunda təkəbbürlülərə qarşı cəsarəti ilə bənzərsiz idi. Ən şər terrorçuların və bəşəriyyətin cəlladlarının əli ilə şəhid olması bu böyük liderin haqq yolunda olduğunu və onun səmimi xidmətlərinin təsdiqidir.”

SEPAH bildirib ki, ABŞ hökuməti və sionist rejimin hərəkətləri dini, etik, hüquqi və beynəlxalq normaların açıq şəkildə pozulmasıdır. Qurumun açıqlamasında vurğulanır ki, SEPAH, İran Silahlı Qüvvələri və xalq öz liderinin yolunu qətiyyətlə davam etdirəcək, daxili və xarici “sui-qəsdlərə” qarşı dayanacaq və ölkənin suverenliyini pozanları cəzalandıracaq.

Bəyanatın sonunda cəmiyyətin bütün təbəqələri milli müdafiə tədbirlərində birlik və həmrəylik nümayiş etdirməyə çağırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki