İranın zərbələri nəticəsində ABŞ-nin Qətərdəki RLS sistemi məhv edilib.
Referans Media xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ictimaiyyətlə əlaqələr şöbəsinin bəyanatına istinadən məlumat yayıb.
“ABŞ-nin Qətərdə yerləşən, ballistik raketlərin izlənilməsi üçün unikal avadanlıqla təchiz edilmiş, 5000 kilometr mənzilli FP132 radarı tamamilə məhv edilib”, – deyə məlumatda qeyd olunub.























