İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Seyid Məcid Musəvi Hörmüz boğazında təhlükə yaratmağın cavabsız qalmayacağı barədə xəbərdarlıq edib.
Referans Media xəbər verir ki, İranın “Tasnim” xəbər agentliyi Musəvinin sözlərini sitat gətirib:
"Müqəddəs Hörmüz boğazını təhlükəli edirsiniz?! Biz bölgəni sizin üçün cəhənnəmə çevirəcəyik".
Komandan əlavə edib ki, İranın hərəkətləri "Amerikanın bölgədəki həyasızlığına" cavab olacaq.
Agentlik həmçinin Trampın İranı "bombalamaq" təhdidlərinə cavab olaraq adı açıqlanmayan bir mənbəyə istinadən bildirib: "Amerikanın hər bir təcavüzü qətiyyətli hərbi cavabla qarşılanacaq və biz siyasi şantajlara dözməyəcəyik".
ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl bildirib ki, İran Vaşinqtonla razılığa gəlməsə, daha güclü Amerika zərbələri ilə üzləşəcək.
Cümə axşamı gecəsi ABŞ ordusu İslam Respublikasına daha bir hücum təşkil etdib.
İran mediasının məlumatına görə, ölkənin altı rayonunda güclü partlayışlar baş verib.
İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı və İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının bütün gəmilər üçün bağlandığını elan edib./Publika.az
