Sərhəd dondu, ticarət dayandı: Rusiya-Ermənistan yolunda fövqəladə vəziyyətbackend

Sərhəd dondu, ticarət dayandı: Rusiya-Ermənistan yolunda fövqəladə vəziyyət

  Rusiya ilə Gürcüstan arasındakı Yuxarı Lars sərhəd-keçid məntəqəsinin Rusiya tərəfində fövqəladə vəziyyət elan olunub.

Referans xəbər verir ki, hava şəraiti səbəbindən yol bağlanıb və hazırda sərhəddə 2543 nəqliyyat vasitəsi növbə gözləyir.

Artıq bir həftədir ki, Rusiyadan Ermənistana gedən yük maşınlarının hərəkəti fasilələrlə baş verir. Nəqliyyatın ləngiməsinin dəqiq səbəbi açıqlanmayıb. Gürcüstanın Gəlirlər Xidməti sərhəd-keçid məntəqəsindəki növbələrlə bağlı yayılan görüntüləri “dezinformasiya” adlandırsa da, Ermənistan tərəfi hələ də bu məsələ ilə bağlı hər hansı mövqe bildirməyib.

Gürcüstan tərəfindəki Kazbegi gömrük-keçid məntəqəsində isə 442 yük maşını növbədədir.

Qeyd edək ki, Yuxarı Lars keçidi Cənubi Qafqazda Rusiya ilə Ermənistan arasında əsas quru nəqliyyat arteriyasıdır və bu cür fasilələr regionda iqtisadi dövriyyəyə ciddi təsir göstərə bilər.//Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki