Səudiyyə Ərəbistanında ilk bar

A12 Kafe gənclərə yerli dəyərlərə uyğun bar atmosferi təqdim edir.

“Referans MEDİA” bildirir ki, Məkanın qarşısında böyük bir pivə lövhəsi var. Bununla belə, içəridə təqdim edilən bütün pivələr alkoqolsuzdur. Bu inkişaf, Vəliəhd Şahzadə Məhəmməd bin Salmanın hakimiyyətə gəlişindən bəri həyata keçirdiyi bir sıra islahatların sonuncusu kimi qiymətləndirilir.

Salmandan sonra kinoteatrlar yenidən açılıb, qadınlara sürücülük vəsiqəsi verilib və xarici turistlər ölkəyə dəvət olunmağa başlanıb.

2024-cü ilin yanvar ayında Ər-Riyadda yalnız qeyri-müsəlman diplomatlara xidmət göstərən ilk rəsmi spirtli içki mağazası açılıb.

Referans MEDİAXəqani Əzizli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki