Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni mətbuat katibi təyin edilib.
SOCAR-dan Referans Media-ya verilən məlumata görə, bu vəzifəyə Emin Sevdimalıyev təyinat alıb.
E.Sevdimalıyev uzun illər müxtəlif media qurumlarında, o cümlədən “Trend”də fəaliyyət göstərib.
Xatırladaq ki, E.Sevdimalıyevə qədər bu vəzifəni Orxan Hüseynov tuturdu.
Qeyd edək ki, təyinatla bağlı ilk məlumatı anews.az yayıb.

