ŞOK: Xəzərdə insanları dənizin dibinə çəkən “vodolazlar” var? – Ekspertlər açıqlayırbackend

ŞOK: Xəzərdə insanları dənizin dibinə çəkən “vodolazlar” var? – Ekspertlər açıqlayır

  Xəzərdə ölüm hallarının artması yenidən müxtəlif iddialara səbəb olub. Belə ki, sosial şəbəkələrdə müxtəlif şəxslər Xəzər
dənizində guya “vodolaz” geyinmiş adamların (dalğıcların) olduğunu və insanları suyun dibinə çəkib boğduğunu iddia edirlər.
Onların sözlərinə görə, həmin “vodolaz”lar daha sonra boğduqları şəxsin ailəsindən pul alaraq guya onun nəşini suyun altından
tapıb gətirirlər. Bir növ, onların sualtı biznes yaratdığı iddia edilir. Diqqətçəkən məqam budur ki, bəzi vətəndaşlar belə iddiaların
gerçək olduğunu deyirlər.
Həqiqətən, Xəzərdə belə bir cani qruplaşması ola bilərmi?
Referans xəbər verir ki,Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib ki, yayılan məlumatlar əsassızdır və heç bir rəsmi mənbəyə istinad olunmur.
“Yalnız dövlət qurumlarının verdiyi rəsmi məlumatlara etibar etsinlər. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin hesabatlarına əsasən, xidmətin nəzarət etdiyi çimərliklərdə bu günə qədər bir
nəfərdə belə boğulma hadisəsi qeydə alınmayıb. Bu fakt həmin ərazilərdə təhlükəsizlik səviyyəsinin yüksək olduğunu bir daha
sübut edir. Qeyd edim ki, bu çimərliklərdə xidmət göstərən xilasedicilər müvafiq sertifikatlara malik, peşəkar, hazırlıq keçmiş mütəxəssislərdir. Onlar xilasetmə sahəsində zəruri bilik və bacarıqlara sahibdirlər. Vətəndaşlara tövsiyə olunur ki, yalnız rəsmi icazə verilmiş, nəzarət olunan çimərliklərdən istifadə etsinlər. Bu, həm təhlükəsizliyin təmin olunması, həm də mümkün risklərin qarşısının alınması baxımından vacibdir”
Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza təcrübədə vodolazların insan batırması ilə bağlı halların olduğunu qeyd edib:
“Belə cinayətlərin mövcudluğu istisna deyil. Lakin hazırda bu iddiaların real hadisələrlə əlaqələndirilməsi və baş verən ölümlərin buna bağlanması inandırıcı görünmür. Su polisi maksimum güclə fəaliyyət göstərir və bu cür halların baş verməsi ehtimalı olduqda dərhal müdaxilə olunur. Üstəlik, Xəzərdə baş verən boğulma hadisələrinin əsas səbəbi adətən insanların öz ehtiyatsızlığı, təhlükəsizlik qaydalarına əməl etməməsi və nəzarətsiz çimərliklərə üz tutması ilə bağlıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki