Son 60 ilin rekordu qırıldı: Hamı bu mənzərəni danışır - sakinlər sevinc içindədir

Türkiyənin bu bölgəsində böyük sevinc yaşanır. Çatalan su anbarı bu il yağan bol yağışlardan sonra tam doluluq səviyyəsinə çatıb.

Referans Media xəbər verir ki, Adananın içməli su ehtiyacını qarşılayan əsas su anbarlarından biri olan Çatalan su anbarında su səviyyəsi uzun illərdən sonra ilk dəfə 100 faizə yüksəlib.

Son illərdə quraqlıq səbəbindən kritik həddə qədər geriləyən su anbarında suyun səviyyəsinin bir vaxtlar 30 faizə qədər düşdüyü bildirilir.

Su Anbarı ətrafındakı Karayusuflu məhəlləsinin sakinləri bu mənzərəni illərdir görmədiklərini deyərək böyük sevinc yaşadıqlarını bildiriblər.

Sakin Harun Durhasan bildirib ki, bu il son 60 ilin ən güclü yağışları müşahidə olunub:

“İllərdir belə yağış görməmişdik. Su anbarı tam doldu. Bu, bizim üçün böyük sevincdir”.

Digər sakin Süleyman Çelik isə yağıntıların bölgəyə bərəkət gətirdiyini və doluluq səviyyəsinin hətta 100 faizi keçdiyini qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki