Perunun paytaxtı Lima yaxınlığında 6.1 bal gücündə güclü zəlzələ baş verib.
Bu barədə sosial şəbəkələrdə Peru Geofizika İnstitutu məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin episentri Kallao əyalətindən 30 km cənub-qərbdə qeydə alınıb. Yeraltı təkanların ocağı 49 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə hələlik rəsmi məlumat yoxdur.