SON DƏQİQƏ: Ukrayna Rusiya ilə dialoqu dayandırdı – Nə baş verir?

  Ukrayna Moskvanın sərt mövqeyinə görə, Rusiya ilə dialoqu dayandırıb.Bu barədə Ukrayna xarici işlər nazirinin birinci müavini Sergey Kıslıtsya deyib.

O bildirib ki, 2025-ci ildə Rusiya ilə sülh danışıqları faktiki olaraq heç bir nəticə verməyib.

Kıslıtsya “The Times” qəzetinə verdiyi müsahibədə vurğulayıb ki, hazırkı sülh danışıqları nəticə vermədiyi üçün hazırda dayandırılıb.

O qeyd edib ki, Putin və Zelenski arasında şəxsi görüşə çalışılsa da, bu səylər uğursuz olub. Bütün bunların fonunda Moskvanın güzəştsiz mövqeyi nəzərə alınmaqla, danışıqları davam etdirmək Kiyev üçün mümkün deyil.//Globalinfo.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki