Türkiyə Ali Məhkəməsi sosial mediadan istifadə ilə bağlı diqqətçəkən qərar qəbul edilib. Sosial şəbəkədə əks cinsin nümayəndəsinin şəklini bəyənmək boşanmaq üçün əsas hesab olunub. Qərar analoji hallar üçün presedent təşkil edəcək.
Referans Media xəbər verir ki, Kayseridə baş verən boşanma prosesi sosial şəbəkələrdə bəyənmələrin evliliyə təsirini gündəminə gətirib.
Evliliyinin dayanıqlı olmadığını deyən qadın ərindən boşanmaq üçün məhkəməyə müraciət edib. Qadın sosial şəbəkədə ərinin başqa qadınların şəkillərini bəyəndiyini bildirib və onu xəyanətlə ittiham edib.
Qərar Ali Məhkəmə tərəfindən qəbul edilib. Sosial şəbəkələrdə əks cinsin fotolarını bəyənmək “etibarı sarsıdan davranış” kimi qiymətləndirilib.
Məhkəmə şəkli bəyənən həyat yoldaşını “ciddi günahkar” hesab edib. Həm aliment, həm də kompensasiya təyin edib.
