“Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda keçirilən görüş sadəcə diplomatik jest deyil”.
Bu sözləri Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Ukrayna mediasına açıqlamasında deyib.
Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov həmçinin qeyd edib ki, bu həm də dünyanın bir nömrəli gücünün Cənubi Qafqaz bölgəsində yeni qüvvələr balansını açıq-aydın şəkildə qeyd etdiyi məqamdır.
Elmar Məmmədov açılmasında həmçinin deyib ki, Azərbaycan üçün bu qələbənin beynəlxalq səviyyədə tanınması, Ermənistan üçün isə köhnə sxemlərin və lobbilərin artıq işləmədiyinin göstəricisidir.
Elmar Məmmədov onu da diqqətə çatdırıb ki, 907-ci maddənin ləğvi çox mühüm addımdır və Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir. 33 il ərzində bu sənəd Vaşinqtonun əlində psixoloji silah və erməni lobbisinə sövq olub. İndi bu səhifə bağlanıb və bu ABŞ və Azərbaycan arasında yeni əməkdaşlıq formatlarının açılmasına imkan yaradır.
Elmar Məmmədov eyni zamanda bildirib ki, strateji tərəfdaşlıq haqqında memorandumun imzalanması yeni reallıqları birləşdirən daha bir addımdır. Onilliklər boyu Amerika Birləşmiş Ştatlarının nəzarətində olan Zəngəzur dəhlizi həm Rusiya və İrana geosiyasi zərbə olmaqla yanaşı həm də regionda uzunmüddətli sabitlik alətidir. Aydındır ki, Rusiya Ermənistanda sabitliyi pozmağa çalışacaq. Lakin indiki qüvvələr nisbəti bu cəhdlərin uğursuzluğa düçar olduğunu deməyə əsas verir.
Alyans sədri hesab edir ki, hətta İrəvanda hakimiyyət dəyişikliyi belə dəhlizlə bağlı müqaviləni və əldə olunan razılaşmaları ləğv edə bilməyəcək.
“Bu hadisə hər kəs üçün dərsdir: tərəflərin maraqları üst- üstə düşəndə və İlham Əliyev kimi siyasi iradə sahibi olan lider və ABŞ kimi təsir rıçaqlarını malik dövlətlər olduqda sülh və razılaşmalar mümkündür”, – deyə Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov əlavə edib.