image-cjpykco2hx62xbnxbf3chjpnytgwqk4wtpbz7qim_825backend

“Sumqayıt” “Araz-Naxçıvan”a məğlub oldu

Misli Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

Referans Media-nın məlumatına görə, günün ikinci matçında “Sumqayıt” “Araz-Naxçıvan”la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan klubunun qələbəsi ilə bitib – 1:0. 45+5-ci dəqiqədə Ramon Maçado fərqlənib. “Gənclik şəhəri” təmsilçisinin heyətində Aleksandr Ramalinqom 74-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra “Sumqayıt” 30 xalla altıncı, eyni xala malik olan “Araz-Naxçıvan” yeddinci pillədə qərarlaşıb.

Günün ilk matçında “Neftçi” “Kəpəz”i üstələyib – 3:1.

Qeyd edək ki, tura fevralın 16-da yekun vurulacaq. Ötən gün “Qarabağ” “İmişli”ni, “Zirə” “Karvan-Yevlax”ı 1:0 hesabı ilə məğlub edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki