“Sumqayıt” “Araz-Naxçıvan”a qalib gəldi

  Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları keçirilir.

Referans.az xəbər verir ki, bu günün sonuncu oyununda “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edib.

Beş qolun qeydə alındığı matçda meydan sahibləri çətin qələbəyə seviniblər.

Xatırladaq ki, daha öncə “Qarabağ” “İmişli”yə (2:0), “Neftçi” “Kəpəz”ə (5:1), “Turan Tovuz” “Şamaxı”ya (2:1) qalib gəlib, “Karvan-Yevlax” “Zirə”yə (2:3) uduzub. “Sabah” – “Qəbələ” oyunu sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası10-cu tur2 noyabr

“Sumqayıt” – “Araz-Naxçıvan” 3:2Qollar: Roi Kehat, 17; 78. Ronaldo Vaskes, 69 – Çarlz Boli, 41. Patrik Andrade, 51.Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov.Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:30.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki