Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ

  Bu gün Sumqayıt şəhərində 1300 abonentin qazı kəsiləcək.

Referans  xəbər verir ki, Sumqayıt QİS-dən “report.az”a verilən məlumata görə, Sumqayıt şəhərinin 9-cu mikrorayonunda yerləşən balans 87-də orta təzyiqli d-108 mm qaz xəttində sızmanın aradan qaldırılması ilə əlaqədar bu gün saat 15:30-dan etibarən, 1300 abonentin qaz təchizatında fasilə yaranacaq.

Qeyd olunan ərazidə qaz təchizatının nə vaxt bərpa ediləcəyi açıqlanmayıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki