Suriyanın müxtəlif bölgələrindən yola çıxan əşirət döyüşçüləri druz silahlı qüvvələrinə qarşı döyüşmək məqsədilə Süveyda şəhərinə axın etməyə davam edirlər.
Şəhər ətrafında gərginlik pik həddə çatıb və yaxın saatlarda genişmiqyaslı silahlı toqquşmaların baş verəcəyi ehtimal olunur. Əraziyə ağır silahlı dəstələrin cəlb olunduğu qeyd edilir.
Sakinlərə xəbərdarlıq edilib ki, mümkün qarşıdurma səbəbindən bölgədəki mülki əhaliyə evlərini tərk etməmək və təhlükəsizlik tədbirlərinə əməl etmək tövsiyə olunub.
Xatırladaq ki, Süveyda əsasən druz icmasının nəzarətindədir və ərazidə zaman-zaman hökumətə qarşı və ya digər silahlı qruplarla qarşıdurmalar baş verir.//Globalinfo.az