Rusiya Maliyyə Nazirliyi dekabr ayında ilk dəfə Çin yuanı ilə nominallaşdırılmış dövlət istiqrazları (OFZ) buraxacaq.
Referans.az xəbər verir ki, istiqrazların yerləşdirilməsi Moskva Birjasında həyata keçiriləcək, buraxılışın həcmi isə 2 dekabrda investor müraciətləri toplandıqdan sonra müəyyən olunacaq.
İnvestorlara 3 ildən 7 ilədək müddətli iki növ istiqraz təklif ediləcək. Bir istiqrazın nominal dəyəri 10 min yuan (təxminən 114 min rubl) olacaq. Yerləşdirmə 8 dekabr 2025-ci ildə baş tutacaq.
İnvestorlar həm istiqrazları almaq, həm də gələcəkdə dividendləri ya yuanla, ya da rubl ilə qəbul etmək imkanı əldə edəcəklər – valyuta seçimi onların ixtiyarına buraxılacaq. Buraxılışın təşkilatçıları “Qazprombank”, “Sberbank” və “VTB Kapital Treydinq” olacaq.
Maliyyə Nazirliyi yuanla istiqrazların buraxılmasını hələ 2015-ci ildə müzakirə edib, lakin Çin tərəfindən tətbiq edilən məhdudiyyətlər səbəbindən bu addım təxirə salınıb.
2022-ci ildən sonra Rusiya Qərb borc bazarlarına çıxışını itirdiyi üçün bu ideyaya yenidən qayıdılıb. Nazirlik gələcəkdə ümumi həcmi 400 milyard rubla qədər olan 4 bənzər emissiya həyata keçirməyi planlaşdırır./Musavat.com
