Referans Media Metbuat.az-a istinadən xəbər verir ki, C. Bayramov bu barədə “X” sosial şəbəkə hesabında yazıb.
“Günümüzün dəyişən geosiyasi mənzərəsində müntəzəm qeyri-rəsmi fikir mübadilələrinin və daha güclü regional əməkdaşlığın dəyərini xüsusi vurğuladım”, – o bildirib və əlavə edib ki, daha geniş, çevik və qarşılıqlı faydalı tərəfdaşlıqları təmin etməkdə Təşkilatımızın və müxtəlif əməkdaşlıq formatlarının rolu diqqətə çatdırılıb:
“Azərbaycan əlaqələndirilmiş və gələcəyə hesablanmış gündəliyi irəli aparmaq üçün qardaş ölkələrimiz və tərəfdaşlarımızla sıx əməkdaşlıq etməyə sadiq qalır”.
17:27
V Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.
Referans Media Metbuat.az-a istinadən xəbər verir ki, toplantıda Türkiyə və təşkilatın dövr sədri olan Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistan təmsil olunub. İclasda təşkilatın Baş katibi Kubanıçbek Ömüraliyev iştirak edib.
İclas üzv ölkələr tərəfindən “Ailə Məclisi” kimi xarakterizə edilən TDT çərçivəsində son dövrdə sürət qazanan yüksəksəviyyəli təmasların növbəti mərhələsini təşkil edib.























