TƏCİLİ: Ermənistan ABŞ-ın Zəngəzur təklifini RƏDD ETDİbackend

TƏCİLİ: Ermənistan ABŞ-ın Zəngəzur təklifini RƏDD ETDİ

  Ermənistan ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı təklifini rədd edib.

Referans Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan ABŞ-ın Türkiyədəki səfiri Tom Barakın bəyanatını şərh edərkən deyib.

“Sizin qeyd etdiyiniz dil Ermənistan üçün qəbuledilməzdir. İrəvan regional infrastrukturun sırf Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası kontekstində blokdan çıxarılması məsələsini müzakirə edir”.

Ermənistan ərazisinin bir hissəsinin ABŞ tərəfindən icarəyə verilməsinə gəlincə, bu variant yalnız kənd təsərrüfatı torpaqları üçün mövcuddur. Ona görə də ABŞ səfirinin dediyi variant mümkün deyil”, – Baqdasaryan vurğulayıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki