Son günlər İranda baş verən iğtişaşlar xarici kəşfiyyat orqanları tərəfindən əvvəlcədən planlaşdırılan əməliyyatdır.
Bu barədə İslam Respublikası hökumətindəki mənbə TASS-a məlumat verib. Mənbə Tehranın bu iddiaları təsdiqləyən dəlillərə malik olduğunu bildirib.
Onun sözlərinə görə, iğtişaşların məqsədi İrana qarşı mümkün hərbi müdaxilə üçün bəhanə yaratmaqdır.
Mənbə qeyd edib ki, saxlanılan etirazçılar xaricdən maliyyə aldıqlarını etiraf ediblər, həmçinin bəzilərinin başqa ölkələrdə xüsusi təlim keçdiyini göstərən sübutlar mövcuddur.
Məlumatda vurğulanır ki, hüquq-mühafizə orqanları ölkədəki vəziyyətə tam nəzarət edir və hazırda İranda hər hansı iğtişaş qeydə alınmayıb.//globalinfo.az























