image-iran-bayraqbackend

Tehrandan iki mərhələli mesaj: əvvəl etiraf, sonra təhdid

“İran xalqı ABŞ-ın dəstək adı altında həyata keçirdiyi hərəkətləri yaxşı bilir”.

Referans Media xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsinin müavini Qolamhüseyn Darzi deyib.

O bildirib ki, 1953-cü il çevrilişi, Səddam Hüseynin İrana qarşı müharibəsi, həmçinin “Iran Air 655” reysinin vurulması və 290 günahsız mülki vətəndaşın ölməsi halları unudulmamalıdır:

“Dinc etirazlar qəsdən zorakı iğtişaşlara çevrilib, insanların başı kəsilib, canlı şəkildə yandırılıb və polis əməkdaşları döyülərək öldürülüb. Həmçinin təcili yardım maşınları, xəstəxanalar, yaşayış binaları və dini obyektlər yanıb. İran eskalasiyaya və ya qarşıdurmaya can atmır, lakin hər hansı bir aqressiya BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq ölçülü və qanuni cavabla qarşılanacaq”.

Darzi xəbərdarlıq edib ki, mümkün nəticələrə görə bütün məsuliyyət qanunsuz hərəkətləri təşəbbüs edənlərin üzərində olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki