Tehrandan Vaşinqtona açıq meydan oxuma: Xamenei Trampı hədəfə aldı

İranın dini lideri Əli Xamenei, ölkədə iqtisadi problemlər səbəbindən başlanan etirazlar zamanı bəzi qrupların nümayişlərdən istifadə edərək ABŞ Prezidenti Donald Trampı “məmnun etmək üçün” dövlət əmlakını dağıtdığını bildirib və Trampa müraciətlə deyib: “Əgər bacarırsansa, öz ölkəni idarə et.”

Referans Media xəbər verir ki, Əli Xamenei bu açıqlamanı 1977-ci ilin yanvar ayında devrilmiş şah rejiminə qarşı Qum şəhərində başlayan üsyanın ildönümü münasibətilə şəhər sakinləri ilə görüşdə verdi. O, ölkədə iqtisadi səbəblərlə başlanan və gecə saatlarında şiddətlənən etirazları da şərh edib.

Xamenei, ABŞ Prezidentinin İran nümayişlərini istifadə edərək ölkə rəhbərliyini hədələdiyini bildirib: “Dün gecə Tehran şəhərində bir qrup vandal, ABŞ Prezidentini  məmnun etmək üçün özlərinə aid dövlət əmlakını dağıtdı. Əgər o (Tramp) bacarırsa, öz ölkəsini idarə etsin.”

İran və ABŞ-ın 2025-ci ilin iyun ayında İranı hədəf alan hücumlarında 1000-dən çox insanın öldüyünü xatırladan Xamenei əlavə edib: “Bu şəxs deyir ki, ‘Əmr mənimdir; döyüş zamanı mən komanda verdim.’ Yəni, əllərinin iranlıların qanı ilə ləkələndiyini etiraf edir. Sonra isə ‘Mən İranın dəstəyindəyəm’ deyir. Bir qrup təcrübəsiz və düşüncəsiz insan buna inanıb, onun istəklərinə uyğun hərəkət edir.”

Xamenei vurğulayıb ki, İran “xarici qüvvələr tərəfindən dəstəklənən casuslara” göz yummayacaq: “Xalqımız başqa ölkələr üçün xidməti qəbul etmir. Kim olursan ol, əgər başqa bir ölkə üçün işləyirsənsə, həmin ölkə səni rədd edəcək. Tramp da bilməlidir ki, dünyada zalim və qürurlu güclər, məsələn Firon, Nemrut, Rza Xan, Məhəmməd Rza və bənzərləri öz qürurlarının zirvəsində ikən devrilmişlər. Bu da belə olacaq.”

O əlavə edib: “Hər kəs bilməlidir ki, İslam Respublikası yüz minlərlə şərəfli insanın qanı ilə hakimiyyətə gəlib və sabotaçılara qarşı geri addım atmayacaq.”

İranda baş verən etirazlar:

28 dekabr 2025-ci ildə İranın yerli valyutasının dollar qarşısında kəskin dəyər itirməsi və iqtisadi problemlər səbəbindən Tehran Böyük Bazarında başlanan etirazlar ölkənin digər şəhərlərinə yayıldı. Rəsmi məlumatlarda ölən və yaralananların sayı açıqlanmayıb. Lakin ABŞ mərkəzli “İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA)” xəbər verir ki, etirazlarda 8-i polis olmaqla 42 nəfər həlak olub, çoxsaylı yaralanmalar və 2 277 nəfərin həbs edilməsi qeydə alınıb.

Tesnim Xəbər Agentliyi isə 7 yanvar tarixli məlumatında etirazlarda yaralanan polis sayının 568-ə, könüllü təhlükəsizlik qüvvələri üzvlərinin sayının 66-ya yüksəldiyini bildirmiş, ümumi ölü sayı barədə açıqlama verməmişdi.

ABŞ Prezidenti Tramp isə İran nümayişlərini istifadə edərək ölkəni hədələyən açıqlamalar vermişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki