Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı vaxtdan etibarən əldə olunan nəticələr yüksək dinamika nümayiş etdirir. Bu günədək 79 mindən artıq kredit müqaviləsi rəsmiləşdirilib.
Referans Media xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib.
Onun sözlərinə görə, ümumilikdə təhsil kreditlərinin maliyyələşdirilməsinə 74 milyon manatdan çox vəsait ayrılıb. Təhsil tələbə kreditindən yararlananların 63 faizini qadınlar təşkil edir.
Qeyd edilir ki, dövlət tərəfindən yaradılan bu imkanlar tələbələrin arzuladıqları ixtisasları seçmələrinə, eyni zamanda yüksək akademik göstəricilər əldə edərək müxtəlif güzəştlərdən faydalanmalarına mühüm dəstək verir.























