Təyyarə səyahətləri zamanı yaranan şişkinlik və qaz problemi bir çox sərnişinin qarşılaşdığı narahatlıqlardan biridir. Bağırsaq sağlamlığı üzrə mütəxəssis Megan Rossi bunun əsas səbəbinin uçuş zamanı kabin təzyiqinin azalması olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə, təyyarə yüksəldikcə mədədəki qaz genişlənir və bu da şişkinlik, ağrı və həzmsizlik hissi yaradır. Uzun müddət hərəkətsiz qalmaq və düzgün qidalanmamaq da vəziyyəti ağırlaşdıra bilər.
Şişkinliyi azaltmaq üçün həkim üç əsas məsləhət verir:
- Uçuşdan 24-48 saat əvvəl qaz yaradan qidalardan uzaq durun. Sarımsaq, soğan, süd məhsulları, alma və gül kələmi kimi qidalar şişkinliyi artıra bilər.
- Qazlı içkilərdən, saqqızdan və yağlı yeməklərdən çəkinin. Bu məhsullar bağırsaqlarda əlavə qaz yaranmasına səbəb olur.
- Bol su için və hərəkət edin. Uçuş zamanı kifayət qədər su qəbul etmək və imkan olduqca yerimək həzmi yaxşılaşdırır və şişkinliyi azaldır.
Mütəxəssislər qeyd edirlər ki, sadə qidalanma və hərəkət qaydalarına əməl etməklə uçuş zamanı yaranan narahatlığı xeyli azaltmaq mümkündür.
