ABŞ prezidenti Donald Tramp ölkəsinin NATO-dan çıxmasını ciddi şəkildə nəzərdən keçirdiyini açıqlayıb. O, bunu müttəfiqlərin ABŞ-ın mümkün hərbi addımlarına kifayət qədər dəstək verməməsi ilə əsaslandırıb.
Tramp bildirib ki, NATO onu heç vaxt cəlb etməyib və alyansın effektivliyini şübhə altına alıb. O, xüsusilə İranla bağlı gərginlik fonunda ABŞ-ın dəstək gözlədiyini, lakin bunun qarşılığını görmədiyini qeyd edib.
ABŞ lideri həmçinin Ukraynadakı müharibəni “test” adlandıraraq, Vaşinqtonun ittifaqa kömək etdiyini, amma eyni münasibəti görmədiyini vurğulayıb.
Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra bölgədə gərginlik daha da artıb, İran isə buna cavab olaraq regiondakı bəzi hədəflərə zərbələr endirib.
