ABŞ Prezidenti Donald Tramp bütün dövlət qurumlarına tapşırıq verəcəyini açıqlayıb: kosmik varlıqlar, dünya xarici həyat və UNO-larla bağlı sənədlərin müəyyən edilib ictimaiyyətə açıqlanması prosesi başlayacaq.
Referans Media xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı mesajında illərdir maraq doğuran dünya xarici həyat mövzusuna diqqət çəkərək, Müdafiə Naziri və digər müvafiq qurumların əllərindəki məlumatları üzə çıxarması üçün rəsmi tapşırıq verəcəyini bildirdi.
Tramp mesajında qeyd edib: “Göstərilən böyük marağa əsaslanaraq, Müdafiə Naziri və digər müvafiq nazirlik və qurumlara tapşırıq verəcəyəm ki, kosmik varlıqlar, dünya xarici həyat, müəyyən edilməmiş hava hadisələri (UAP) və müəyyən edilməmiş uçan obyektlər (UNO) ilə bağlı dövlət sənədlərinin müəyyənləşdirilməsi və yayımlanması prosesini başlatsınlar.”
O, yayımlanacaq sənədlərin məzmununa da toxunaraq, bu məlumatların “son dərəcə mürəkkəb, lakin eyni zamanda çox maraqlı və vacib mövzularla bağlı hər cür məlumatı” əhatə edəcəyini vurğuladı.
