Tramp Çinə getməyi planlaşdırırbackend

Tramp Çinə getməyi planlaşdırır

  ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Çinə səfər etməyi planlaşdırır.

Referans xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.

Tramp səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüş planlarını nə təsdiqləyib, nə də istisna edib. Onun sözlərinə görə, bir çox görüşlər mümkündür.

Qeyd edək ki, daha əvvəl Britaniyanın “The Times” nəşri Tramp, Putin və Çin lideri Si Cinpinin sentyabrın əvvəlində Çində İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünə həsr olunmuş tədbirdə bir araya gələ biləcəyini yazmışdı.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki