Tramp “Heç xoşuma gəlmədi” demişdi: İrandan cavab gəldi, tələblər AÇIQLANIB

ABŞ Prezidenti Donald Tramp İranın müharibəni dayandırmaqla bağlı cavabını “qəbuledilməz” adlandırsa da, Tehran Vaşinqtonun təklifini “təslim olmaq” kimi qiymətləndirərək rədd edib.

Referans MEDİA xəbər verir ki, İran mediasının yaydığı məlumata görə, Tehran rəhbərliyi bunun əvəzində ABŞ-dan bir sıra tələblərin yerinə yetirilməsini istəyib. Bunlara İrana müharibə təzminatının ödənilməsi, Hörmüz boğazı üzərində İranın suverenliyinin tam tanınması, sanksiyaların ləğvi və dondurulmuş İran aktivlərinin geri qaytarılması daxildir.
İran dövlət televiziyasının məlumatında bildirilir ki, ABŞ-ın təqdim etdiyi plan Tehran tərəfindən “təslimiyyət” kimi qiymətləndirilib və qəbul edilməyib.

Yarı-rəsmi "Tasnim" xəbər agentliyi isə yazıb ki, İran cavabında ABŞ-ı dəniz blokadasını dayandırmağa, yeni hücumların olmayacağına dair zəmanət verməyə və İran neftinin satışına qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki