Azərbaycanda anakonda peyda olub? – Video+AÇIQLAMA

Kürdəmir rayonunun Qarasu kəndində anakondan görünməsi ilə bağlı video sosial şəbəkələrdə müzakirələrə və narahatlığa səbəb olub.

Bu görüntülər realdır, yoxsa süni intellekt vasitəsilə hazırlanıb?

Referans Media bildirir ki, Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, Azərbaycan sosial media məkanında mütəmadi olaraq bu tip paylaşımlara rast gəlinir:

“Bir neçə yaradıcı gənc texniki imkanlardan istifadə edərək bu cür materiallar hazırlayır. Çünki landşaft, bitki örtüyü və relyef baxımından seçilən ərazilər maksimum dərəcədə Qafqaza, Azərbaycana bənzər formada təqdim olunur. Məqsəd isə populyarlaşmaq, bəyənilmək, paylaşılmaq və müəyyən rekordlara imza atmaqdır”

Ekspert bildirib ki, anakonda Cənubi Amerika faunasına aiddir və Azərbaycan herpetoloji faunasında yoxdur:

“Qonşu region ölkələrində də anakondanın təbii şəraitdə yaşaması mümkün deyil. Nəzəri olaraq, kimsə onu hansısa yolla gətirə, heyvanın qaçması və ya təbiətə buraxılması kimi hallar baş verə bilər. Amma bu ehtimal da olduqca aşağıdır. Ümumilikdə, paylaşımın özündə, eləcə də səsdə müəyyən məzə və ironik yanaşma hiss olunur. Bu, reallıqdan uzaq məsələdir. Anakondanın Qarasuya və ya Azərbaycanın hər hansı başqa ərazisinə gətirilməsi iddiası inandırıcı görünmür”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki