image-trump-tan-iran-a-tehdit-52-hedef-belirledik-670841-5backend

Tramp Venesuelanın müvəqqəti dövlət başçısı Rodriqeslə danışdı

ABŞ Prezidenti Donald Tramp Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodriqeslə telefon danışığı apardığını açıqlayıb. Tramp bildirib ki, görüşmə zamanı neft, faydalı qazıntılar, ticarət və milli təhlükəsizlik də daxil olmaqla bir sıra vacib mövzular müzakirə edilib.

Referans Media xəbər verir ki, ABŞ prezidenti sosial şəbəkə hesabında paylaşım edərək telefon danışığını “çox yaxşı” kimi dəyərləndirib və Venesuelanın sabitliyə qovuşması və bərpası istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunduğunu qeyd edib.

Trampın sözlərinə görə, tərəflər neft və mədən sənayesi, ticarət əlaqələri və milli təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. O vurğulayıb ki, ABŞ ilə Venesuela arasında qurulacaq bu tərəfdaşlıq hər iki ölkə üçün faydalı olacaq: “Venesuela tezliklə yenidən böyük və firavan bir ölkəyə çevriləcək, bəlkə də indiyədək olmadığı qədər.”

ABŞ prezidenti daha əvvəl də Delsi Rodriqeslə yaxşı əməkdaşlıq etdiklərini və ikitərəfli münasibətlərdə anlaşmanın mümkün olduğunu bildirmişdi.

Qeyd edək ki, ABŞ-ın Venesuelaya qarşı hərbi müdaxiləsindən sonra yanvarın 9-da Ağ Evdə ABŞ-ın iri neft şirkətlərinin rəhbərləri ilə görüşən Tramp Venesuelanın neft sənayesinin bərpası və hasilatın artırılması məsələlərinin gündəmdə olduğunu açıqlamışdı.

Xatırladaq ki, ABŞ-ın Venesuelaya hava zərbələri ilə eyni vaxtda ölkə prezidenti Nikolas Maduronun saxlanılmasından sonra onun müavini Delsi Rodriqes parlamentdə and içərək yanvarın 5-də müvəqqəti dövlət başçısı vəzifəsini icra etməyə başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki