“ABŞ İranla əldə olunan iki həftəlik atəşkəs rejimindən tam şəkildə silahlanmaq və sursat ehtiyatını artırmaq üçün istifadə edib”.
Referans Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Onlar atəşkəs dövründə belə raketlərinin yerini dəyişməyə çalışırlar. Amma biz tamamilə yenidən təchiz olunmuşuq, çoxlu sursatımız var”, – Tramp qeyd edib.
Ağ Ev rəhbəri ABŞ-ın İranla atəşkəsin uzadılmasını gözləmədiyini vurğulayıb. Eyni zamanda prezident bildirib ki, Amerika tərəfi İranla əlverişli saziş bağlaya biləcək və bu, döyüş əməliyyatlarını sona çatdıracaq.
Trampın fikrincə, İranın “Vaşinqtonla danışıqlar aparmaq üçün nümayəndə heyətini Pakistana göndərməkdən başqa seçimi yoxdur. Onun sözlərinə görə, saziş əldə etmək üçün çox vaxt qalmayıb və İran ABŞ ilə razılaşsa, əlverişli vəziyyətə düşəcək.//globalinfo.az























