Tramp Zelenski ilə görüşəcək? – Tarix verildi

ABŞ Prezidenti Donald Tramp G7 sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski  ilə ayrıca görüş keçirməyəcək. 

Referans Media  xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, Zelenski iyunun 16-da G7 liderlərinin işçi iclasına qoşulacaq.

Həmin görüşdə Tramp da iştirak edəcək, lakin iki lider arasında ayrıca ikitərəfli danışıqlar hələlik planlaşdırılmayıb.

Qeyd edək ki, iyunun 15-17-də keçiriləcək G7 sammiti zamanı Trampın Fransa, Qətər, BƏƏ, Misir və Hindistan liderləri ilə ayrıca görüşlərinin olacağı gözlənilir./globalinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki