ABŞ prezidenti Donald Trump Vaşinqton nümayəndələrinin Tehranla danışıqları ərəfəsində İranı razılaşma əldə etməyə çağırıb, əks halda “pis gün”lə hədələyib.
Referans Media xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” hesabında yazıb.
“Razılaşma əldə etməyi etməməkdən üstün tutardım. Amma əgər buna nail olmasaq, bu, Tehran üçün çox pis gün olacaq”, – deyə ABŞ lideri qeyd edib.
ABŞ və İran nümayəndələri arasında danışıqlar fevralın 26-na planlaşdırılıb. Görüşün Cenevrədə keçirilməsi nəzərdə tutulur.
