ABŞ prezidenti Donald Trump Katolik dünyasının lideri Papa XIV Leo barədə sərt açıqlamalar verib. O, Papani “işini yaxşı görməməkdə” və “həddindən artıq liberal olmaqda” ittiham edib.
Gərginlik Papa Leonun ABŞ-İsrailin İranla bağlı hərbi addımlarını “mütləq güc illüziyası” adlandırmasından sonra artıb. Donald Trump isə buna cavab olaraq Papani “xarici siyasətdə zəif və uğursuz” adlandırıb.
Tramp həmçinin bildirib ki, Vatikanın mövqeyi kilsəyə zərər verir və İranın nüvə silahına sahib olmasına yumşaq yanaşan Papa istəmir.
Hadisə ilə bağlı qarşıdurma davam edir.























