“ABŞ Prezident Donald Trampın Avropanın silah alışını nəzərdə tutan planı çərçivəsində Ukraynaya sürətli silah tədarükü üçün addımlar atır. Hazırda ABŞ öz ehtiyatlarından “Patriot” hava hücumundan müdafiə sistemlərinin satışı imkanını nəzərdən keçirir”.
Referans xarici mediaya istinadən xəbər verir ki, bu barədə Vaşinqtonun NATO-dakı xüsusi nümayəndəsi Metyu Uitaker bildirib.
Bununla belə, o, prosesin nə vaxt başa çatacağını dəqiq bilmədiyini söyləyib.
M.Uitaker həmçinin bildirib ki, artıq ABŞ-nin öz arsenalında olan “Patriot” sistemlərini satıb-satmayacağı barədə “söhbətlər gedir”.
“Biz heç vaxt ABŞ-ni strateji cəhətdən əlverişsiz vəziyyətə salmayacağıq və lazım olan hər şeyin olmasını təmin edəcəyik. Eyni zamanda düşünürəm ki, hamımız Ukraynanın indi döyüş meydanında və şəhərlərini qorumaq üçün ehtiyac duyduğu kəskin zərurəti qəbul edirik”, ‒ o qeyd edib.