image-trump-hush-moneybackend

Trumpın paylaşdığı “İsa” görüntüsü qalmaqala səbəb oldu – 12 saat sonra sildi

ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə paylaşdığı və özünü İsa Məsih kimi təsvir edən süni intellektlə hazırlanmış görüntünü reaksiyalardan sonra silib. Paylaşım təxminən 12 saat ərzində hesabında qaldıqdan sonra götürülüb.

Referans Media xəbər verir ki, görüntü Trampın Pope Leo XIV haqqında sərt tənqidlərindən sonra paylaşılmışdı. ABŞ lideri papanın İran və Venesuela siyasətləri ilə bağlı mövqeyini hədəf alaraq onu “cinayət və nüvə məsələlərində zəif” və “xarici siyasətdə uğursuz” adlandırmışdı.

Paylaşılan görüntüdə Tramp ağ geyimdə, dua edən insanların arasında xəstə bir şəxsi sağaldırmış kimi göstərilirdi. Bu səbəbdən dini çevrələrdə və siyasətçilər arasında ciddi tənqidlərə səbəb olub və bəzi şəxslər bunu dini dəyərlərə hörmətsizlik kimi qiymətləndiriblər.

Gələn reaksiyalardan sonra paylaşım silinsə də, Tramp görüntünün yanlış başa düşüldüyünü bildirib. Onun sözlərinə görə, şəkil əslində onu İsa kimi deyil, insanlara kömək edən “həkim” kimi simvolik şəkildə göstərirdi.

Məlumata görə, Tramp və Papa Leo XIV arasında qarşılıqlı açıqlamalar fonunda Vatikan–Vaşinqton münasibətlərində gərginlik də diqqət çəkir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki