Türk hərbçilərin şəhid olduğu mağarada nə baş verib? – Detallar – FOTO backend

Türk hərbçilərin şəhid olduğu mağarada nə baş verib? – Detallar – FOTO 

Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalında həyata keçirdiyi Pençe-Kilit əməliyyatı bölgəsində baş verən metan qazı zəhərlənməsi ölkəni yasa boğub. 12 əsgərin şəhid, 7 əsgərin isə yaralanması ilə nəticələnən faciə ilə bağlı Müdafiə Nazirliyi dərhal araşdırma başladıb.

Referans xəbər verir ki, mənbələrdən əldə edilən məlumata görə, hadisə 6 iyul 2025-ci ildə Avaşin bölgəsində, 852 metr yüksəklikdə yerləşən və vaxtilə terrorçular tərəfindən xəstəxana kimi istifadə edilmiş mağarada baş verib. Həmin mağarada şəhid Piyada Baş Leytenant Nuri Melih Bozkurtun cəsədinin ola biləcəyi ehtimalı ilə axtarış işləri aparılıb.

Əvvəllər təmizlənmiş və təhlükəsiz elan olunmuş mağaraya daxil olan əsgərlər gözlənilmədən metan qazına məruz qalıblar. Zəhərlənmə nəticəsində çavuş Abdurrahman Akdoğan saat 09:58-də şəhid olub. Cəmi 2 dəqiqə sonra, leytenant Ege Akar da həyatını itirib. Ard-arda gələn acı xəbərlərlə şəhid sayı 12-yə çatıb.

Zəhərlənmə xəbərindən sonra bölgəyə dərhal AFAD, TSK və mədən mütəxəssislərindən ibarət xüsusi təchizatlı komanda göndərilib. Yaralı əsgərlər xəstəxanaya çatdırılsa da, 12 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

İlkin ekspertiza nəticələrinə əsasən, heç bir səhlənkarlıq və ya qəsd izinə rast gəlinməyib. Eyni zamanda bildirilib ki, bu hadisənin “Terrordan Azad Türkiyə” prosesinə qarşı planlaşdırılmış sabotaj olması ehtimalı da yoxdur.

Şəhid olan əsgərlərin adları

Baş Çavuş Abdurrahman Akdoğan

Leytenant Ege Akar

Müqaviləli Piyada Mahsun Yeşildemir

Müqaviləli Piyada Özkan Özkanlı

Müqaviləli Piyada Əhməd Kuşak

İstehkam Leytenantı Ege Akar

Piyada Leytenant Furkan Sert

Baş Qərargah Baş Çavuş Fikrət Manqurə

Qərargah Çavuşu Enver Yaman

Qərargah Çavuşu Kani Obi

Müqaviləli Əsgər Celalettin Uyanık

Müqaviləli Əsgər Əhməd Gültekin

//milli.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki