Türkiyə Ermənistana şərt qoydu

  “Türkiyə sərhədlərini açmağa hazır olduğunu bildirib, ancaq Ermənistan-Azərbaycan müqaviləsi imzalandıqdan sonra”.

Referans  xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Artıq sülh müqaviləsi paraflanıb və mənim məntiqim onu ​​göstərir ki, müqavilənin ardınca Ermənistan-Türkiyə sərhədləri açılacaq. İnfrastrukturun ən qısa müddətdə blokdan çıxarılması həm də Türkiyənin maraqlarına uyğundur. Hazırda Türkiyə ilə kifayət qədər dinamik dialoqumuz var”, – nazir bildirib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki