Türkiyə hərbçilərinin cəsədləri VƏTƏNƏ GÖNDƏRİLDİ

  Gürcüstanda C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 20 hərbçinin cəsədini daşıyan Türkiyə Hərbi Hava Qüvvələrinin A400M təyyarəsi noyabrın 13-də Tbilisidən Ankaraya yola düşüb.

Bu barədə Referans.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir.

Bildirilib ki, Ankarada şəhidlərlə rəsmi vida mərasimi, daha sonra isə onların dəfn mərasimi keçiriləcək./Publika.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki