Türkiyədən kruiz gəmisindəki vətəndaşları ilə bağlı QƏRAR

“Hantavirus”un yayıldığı “MV Hondius” kruiz gəmisində olan üç Türkiyə vətəndaşı mayın 10-da ölkəyə gətirilərək karantinə yerləşdiriləcək.

Referans Media xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, vətəndaşlarda xəstəliyə dair heç bir simptom müşahidə olunmur.

Nazirliyin açıqlamasında qeyd olunub ki, beynəlxalq qurumlarla koordinasiyalı müşahidələr zamanı Türkiyə vətəndaşlarında yoluxma əlamətləri aşkarlanmayıb. Buna baxmayaraq, onlar ölkəyə çatan kimi karantinə alınacaq və sağlamlıq vəziyyətləri diqqətlə izləniləcək.

Daha əvvəl Niderland Xarici İşlər Nazirliyi bildirib ki, “MV Hondius” gəmisində hantavirus yayılmasından sonra təxminən 40 sərnişin Müqəddəs Yelena adasında gəmini tərk edib. Sərnişinlər arasında Böyük Britaniya, Niderland, ABŞ, Almaniya, Kanada, Çili, Türkiyə və digər ölkələrin vətəndaşları olub.

Məlumata görə, gəmidə səkkiz nəfərdə hantavirus aşkarlanıb. Niderlanddan olan turist də daxil olmaqla üç nəfər həyatını itirib, bir nəfərin isə Yohannesburq xəstəxanasında ağır vəziyyətdə müalicə aldığı bildirilib. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün sərnişinlərə kayutlarda qalmaq göstərişi verilib.\Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki