Türkiyəli aktyor Burak Deniz, məşhurların iştirak etdiyi narkotik əməliyyatı çərçivəsində saxlanılıb.
Referans Media xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat zamanı Burak Deniz ilə birlikdə Somer Sivrioğlu, Emir Can İğrek, Norm Ender və digər şəxslər də daxil olmaqla 14 nəfər haqqında həbs qərarı verilib.
Baş Prokurorluğun açıqlamasında bildirilib ki, bu şəxslər “istifadə üçün narkotik və stimullaşdırıcı maddə almaq, qəbul etmək və saxlamaq, istifadə etmək və təmin etmək” cinayətlərinə görə araşdırılır. Əməliyyat çərçivəsində 11 nəfər saxlanılıb, 2 nəfər axtarışdadır, 1 nəfər isə xaricdədir.
Burak Deniz kimdir?
Burak Deniz, 17 fevral 1991-ci ildə İstanbulda anadan olub. Çanakkale Onsekiz Mart Universitetinin İncəsənət Tarixi fakültəsini bitirən Deniz, aktyorluğa 2011-ci ildə başlayıb. “Aşk Laftan Anlamaz”, “Bizim Hikaye” və “Maraşlı” kimi seriallarla geniş kütləyə tanış olan aktyor, son illərdə rəqəmsal platforma layihələrində də rol alıb və Türkiyənin populyar kişi aktyorlarından biri sayılır.






















