Türkiyənin şərqində yerləşən Muş vilayətində yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media xəbər verir ki, sərnişin mikroavtobusu idarəetmədən çıxaraq yol kənarındakı çay yatağına aşıb.
Hadisə nəticəsində 16 nəfər xəsarət alıb. Əraziyə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar ilkin müdaxilədən sonra xəstəxanalara çatdırılıblar.
Yerli medianın məlumatına görə, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.























