Türkiyə Dövlət Meteorologiya Xidmətinin son proqnozuna görə, ölkənin böyük bir hissəsində yeni hava dalğası müşahidə olunur. 4 şəhərdə qar, 11 şəhərdə isə tufanla bağlı xəbərdarlıq edilib.
Referans Media xəbər verir ki, Türkiyə Dövlət Meteorologiya Xidməti yeni hava proqnozunu açıqlayıb. Həftəsonu üçün plan quranlara xəbərdarlıqlar edilib.
Türkiyə Egey dənizindən irəliləyən yeni yağışlı havanın təsiri altına düşüb. Türkiyə Dövlət Meteorologiya Xidməti vətəndaşları, güclü yağışlarla bağlı ehtiyatlı olmağa çağırır. Həftəsonu yağışın ölkənin böyük bir hissəsinə yayılacağı gözlənilir. Ölkədə duman, buzlanma və gecə şaxtalı hava şəraiti hökm sürəcək.
Meteorologiya Baş İdarəsi 6 dekabr 2025-ci il şənbə günü 4 şəhərdə qar yağacağı, 11 şəhərdə isə tufan xəbərdarlığı edib.
Bu şəhərlərda qar yağacaq: Ərzincan, Ərzurum, Muş, Bitlis
Bu şəhərlərdə tufan olacaq: İzmir, Manisa, Aydın, Muğla, Antalya, Mersin, Adana, Osmaniye, Hatay, Kilis, Qaziantep
