image-israel_iran_us_54153backend

Üç Avropa ölkəsi İrana hücuma hazırlaşır? – Son dəqiqə

Daha 3 ölkənin İrana hücuma hazırlaşdığı bildirilir.

Referans Media Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb. ABŞ-İsrail hücumuna hansı ölkələrin qoşulacağı bildirilməyib.

Qeyd edək ki, Fransa “Şarl de Qoll”u Yaxın Şərqə göndərməyə məcbur olduğunu açıqlayıb. Buna səbəb İranın Fransanın BƏƏ-dəki bazasına hücumdur.

Britaniya da Kiprdəki hərbi bazalarına İrandan iki raket atıldığını elan etmişdi. BƏƏ isə İrandan diplomatlarını geri çağırıb və İranın zərbələrinə görə cavab haqqını özündə saxladığını açıqlayıb.

Xatırladaq ki, bundan övvəl “müttəfiqlərinə (Körfəz ölkələrinə) zərbə endirdiyi üçün” Fransa, Britaniya və Almaniya İranı hədələmişdilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki