Türkiyə gəmisinə irimiqyaslı hücum oldu: yaralılar var

Türkiyənin Rusiyaya meyvə-tərəvəz daşıyan “Ro-ro” gəmisi Qara dənizdə dron hücumuna məruz qalıb.

Referans Media xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

“Hücumda üçü türk olmaqla, dörd heyət üzvü yaralanıb”, – məlumatda bildirilib.

Gəmi Samsundan Rusiyanın Novorossiysk şəhərinə istiqamətlənirdi.

Gəminin kapitanı Yalçın Şahin hücumun Ukrayna tərəfindən edildiyini irəli sürərək, 6-7 drondan istifadə olunduğunu açıqlayıb.

Hücumdan sonra baş verən yanğına gəmidəki heyət müdaxilə edərkən, bölgədə olan dronlar Rusiya Donanmasının yardım üçün gəmiyə yaxınlaşmasını çətinləşdirib./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki