Ukrayna ordusu rusları darmadağın etdi: 80 ölü, 37 yaralıbackend

Ukrayna ordusu rusları darmadağın etdi: 80 ölü, 37 yaralı

Ukrayna ordusu rusların Donetsk vilayətinin Seversk istiqamətindəki hücumunu dəf edib.

Referans xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“İyulun 25-də düşmən 2 saat ərzində 150 canlı qüvvə, 6 tank, 3 zirehli transportyor və digər texnika ilə Ukrayna ordusunun Verxnekamensi və Qriqoryevkadakı mövqelərinə hücum edib. Nəticədə düşmənin 80 hərbçisi öldürülüb, 37 nəfər isə yaralanıb”, – məlumatda qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki