Bu gün Mayamidə Ukrayna və ABŞ nümayəndələri gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumu zamanı imzalanması nəzərdə tutulan iki sənədi yekunlaşdıracaqlar.
Referans Media Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina məlumat verib .
“Prezident Vladimir Zelenskinin vurğuladığı kimi, biz iki əsas sənəd üzərində işləyirik: Davosda keçiriləcək Dünya İqtisadi Forumunda Ukrayna üçün təhlükəsizlik zəmanətləri və iqtisadi rifah haqqında sazişlərin imzalanması nəzərdə tutulur”.























